Belarus Prezident Aleksandr Lukaşenkonun kiçik oğlu Nikolay Lukaşenko orduda xidmət edir.
“Bakupost” BelTA-ya istinadən xəbər verir ki, bunu açıqlayan ölkə Prezidenti oğlunun leytenant rütbəsində ordudakı ən çətin bölmələrdən birində xidmət etdiyini bildirib.
Lukaşenkonun sözlərinə görə, oğlunun hərbi xidməti əvvəllər ictimaiyyətə açıqlanmayıb.
Aleksandr Lukaşenko hakimiyyətin övladlarına ötürülməsi ehtimalı barədə danışanları "tam axmaqlar" adlandırıb.
O, 2025-ci ilin avqust ayında Nikolayı gələcək varisi hesab etmədiyini də bildirmişdi.
Rüfət Sultan,
BakuPost