Ru
19:22 / 31 Dekabr 2025

Lukaşenko Putinə sui-qəsd cəhdindən danışdı

Lukaşenko Putinə sui-qəsd cəhdindən danışdı
Eye

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putini BRICS sammitindən əvvəl sui-qəsd cəhdi ilə bağlı xəbərdar etdiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə "BelTA" agentliyi məlumat yayıb.

"Kəşfiyyatımız bizə məlumat verdi. Qərbdən Rusiya prezidentinə qarşı terror hücumu hazırlandığı barədə şayiələr yayılırdı", - Lukaşenko deyib.

O, 2023-cü ildə CAR-da keçirilən BRICS sammitindən əvvəl Rusiya lideri ilə apardığı dialoqu xatırlayıb. Lukaşenko Putini mümkün sui-qəsd cəhdi səbəbindən tədbirdə şəxsən iştirak etməmək barədə xəbərdar edib.

"Müharibə gedir, ona görə də oraya uçmağa ehtiyac yoxdur. Kimlərinsə ehtiyacı varsa, onlar özləri sizin yanınıza gələcəklər", - deyə o zaman Belarus prezidenti rusiyalı həmkarına bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar