Ru
22:01 / 29 May 2026

Lukaşenkonun Ermənistanla bağlı bu açıqlaması təəccübləndirdi

Lukaşenkonun Ermənistanla bağlı bu açıqlaması təəccübləndirdi
Eye

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Aİİ-yə üzv ölkələrin liderləri Ermənistan xalqının seçiminə hörmətlə yanaşırlar. Amma Avrasiya İqtisadi İttifaqına üzv dövlətlər Ermənistanın bu birlikdən ayrılmasını istəmirlər.

Bakupost.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Bundan əvvəl Aİİ-yə üzv dörd ölkənin, Rusiya, Belarus, Qırğızıstan və Qazaxıstan liderləri Ermənistanla bağlı birgə bəyanat qəbul ediblər.

“Hamımız eyni fikirdəyik: Ermənistanın Avrasiya İttifaqından çıxmasını istəmirik. Bununla yanaşı, Vladimir Putin də çıxışında vurğuladı ki, biz Ermənistanın seçim hüququna hörmətlə yanaşırıq”, — deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Aİİ liderləri Ermənistan xalqının verəcəyi qərara hörmətlə yanaşmağa hazırdırlar.

“Əgər Ermənistan xalqı birlikdən çıxmaq və gələcəkdə Avropa İttifaqı-na qoşulmaq qərarı versə, biz erməni xalqının iradəsinə qarşı gedə bilmərik”, — deyə Belarus lideri vurğulayıb.

Xatırladaq ki, mayın 9-da Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında İrəvanın Aİİ və Avropa İttifaqı arasında seçim etməsinin vacibliyini bildirib, tərəflər arasında sivil şəkildə ayrılıq ehtimalını da istisna etməyib.

Şərhlər
  • B.Süni İntellekt

    AXCP və səhv etmirəmsə, Qoşulmama hərəkatı, xüsusilə birgə-kollektiv mühafizə və müdafiə zərurəti hallarına aid deyil? Bir fəaliyyət digərinə maneçilik-təsir göstərmirsə, hansısa məhdudiyyət və qadağa gərəkmi? Bəlkə, birbaşa qeyd edək ki, zəruri komplektlərin ötürülməsi olarmış, digər halda yox? Elə həmin seçim natamamlığı Pribaltikanı Aİ mühafizəsinə alsa da, daha qüdrətli Ukraynaya qarşı Aİ və Kiyevin özünə güvənliyi, artıq onun məhvini-yenidən bölüşmə dağıntısını *labüd* edib. Avropa İttifaqı+NATOya qarşı iddialı Kremlə 3cü bölüşmə ortağı yeni Ağ Ev də daxil olub? Bakı BMTnın qanuni Qarabağ həllinə iki on il NATO Sülhməramlılarının cəlbinə cürət etmədiyindən illər sonra belə müvəqqəti RF sülhməramlıları real olmadımı? Mükəmməl Sosial-İqtisadi tərəqqi hüquqi qətiyyətlə qarşısı alınmaz da olur? Ermənistan, hələ 2016cı ildə Qarabağda yenidəgenişlənmə *Miatsum!*(Artsax*) toqquşmasından Kremldən uzaqlaşıb və 1918ci ildən Avropa və daha geniş özəl-şərti və güclü *Qərb*in himayəsindədir!?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar