Ru
23:26 / 18 Sentyabr 2026

Lukaşenkonun kanalında erotik paylaşımlar edildi

Lukaşenkonun kanalında erotik paylaşımlar edildi
Eye

Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidmətinin rəsmi teleqram kanalı oğrulanıb.


"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə “Ostorojnо, novosti” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Belarus liderinin mətbuat xidmətinin rəsmi resursu olan “Pul Pervogo” kanalının keçidinə daxil olarkən istifadəçilərin qarşısına erotik xarakterli materiallar çıxıb. Kanalın köhnə yazılarına daxil olmaq cəhdi zamanı isə messencer xəta verib və kanalın özəl rejiminə keçməsi barədə xəbərdarlıq göstərib.

Qeyd edək ki, “Pul Pervogo” “Telegram” kanalının 250 mindən çox abunəçisi var. Kanalın hansı səbəbdən əlçatmaz olması və erotik məzmunun yayılması barədə rəsmi səbəb hələ ki bəlli deyil.

Məlumat üçün bildirək ki, hazırda kanal açıqdır və sözügedən paylaşımlar silinib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar