Ötən gecə saatlarında Volqoqradda yerləşən strateji önəmli “Lukoyl” neft emalı zavodunda pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində yanğın baş verib.
Bakupost.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan ilkin məlumatlara görə, PUA-lar zavodun istehsal qurğularını hədəf alıb və burada yanğın başlayıb. Hadisə zavodun xammal emalı və məhsul istehsal xəttinə ciddi ziyan vurub.
“Lukoyl Volgogradneftepererabotka” Rusiyanın cənubunun ən böyük neft emalı obyektlərindən biridir və ildə təqribən 14-15 milyon ton xam neftin emal edir. Ölkənin enerji sənayesi üçün kritik əhəmiyyət kəsb zavod benzin, dizel, aviasiya yanacağı və digər neft məhsullarının əsas tədarükçülərindən biridir.
Rəsmi Moskva və “Lukoyl” şirkəti hələ bu hücumla bağlı geniş açıqlama verməyib. Hadisənin davam edən araşdırmaları nəticəsində yaxın saatlarda əlavə məlumatlar gözlənilir.
Bu hücum Rusiya neft sənayesinə qarşı kampaniyanın davamı kimi qiymətləndirilir. Son günlərdə Ukrayna dronları və uzun mənzilli pilotsuz uçuş aparatları ilə bir neçə mühüm enerji obyektini hədəf alıb.
Ukrayna ordusu dünən Temryuk limanında neft anbarlarına və Orenburqdakı dünyanın ən böyük qaz emalı zavodlarından birinə və Novoşaxtinsk Neft Emalı Zavodunda raket və PUA hücumu təşkil edilmişdi. Rusiya neft və qaz infrastrukturunu məqsədli şəkildə zəiflətmək əməliyyatlarında hətta Britaniya istehsalı “Storm Shadow” raketlərindən istifadə olunmuşdu.
Son həftələrdə Xəzər dənizindəki “Lukoyl Nijnevoljskneft” neft hasilatı platformalarına üç dəfə PUA zərbəsi endirilib. Rusiya üçün əhəmiyyətli neft və qaz hasilatını təmin edən platformalarda istehsal prosesləri uzun müddət dayandırılıb.