Məşhur türk müğənni Haluk Leventin həbsindən sonra doğulduğu Adanada şəhərindən çoxsaylı şikayətlər səsləndirilib.
"Bakupost" “Qafqazinfo”ya istinadən xəbər verir ki, xüsusilə 6 fevral 2023-cü il zəlzələlərindən sonra həyata keçirdiyi yardım kampaniyaları ilə tanınan “Ahbap” dərnəyi ilə bağlı istintaq davam edir.
İş üzrə indiyədək Haluk Levent də daxil olmaqla 18 nəfər həbs edilib.
Adana sakinləri isə dərnəyə olan etimadlarını və onun necə sarsılıdığını ifadə ediblər:
Ətraflı
Veysel Sözal adlı kişi bildirib ki, zəlzələ dövründə Haluk Leventə və dərnəyinə böyük etimad göstərib:
“Yardımlarla insanların etimadını qazandı. Zəlzələ zamanı insanların hisslərinə toxundu və sonda aldadıldığımız ortaya çıxdı. O vaxt maaşımın 85 faizini bağışlamışdım”.
Digər Adana sakini Onur Fırat isə istintaqla bağlı xəbərlərin onu məyus etdiyini söyləyib:
“İnsanlar artıq bir-birinə güvənə bilmir. Toplanan yardımlar həqiqətən ehtiyacı olanlara çatdırılıbmı, bilmirik. Ümid edirəm ki, deyilənlər doğru deyil. Mən də həmin vaxt geyim bağışlamışdım. Haluk Levent son sorğularda ən etibarlı şəxslərdən biri hesab olunurdu”.
“Adanalı kimi bu hadisə məni məyus etdi. Onun sənətini bəyənirdim. Belə insanlara olan etibarım ciddi şəkildə sarsıldı", – deyə Leventin başqa bir yerlisi qeyd edib.