““Politico” nəşrinin yazdığına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Venesuela prezidenti Nikolás Maduro və onun yaxın çevrəsinin hansı ölkəyə göndərilə biləcəyini müzakirə etməyə başlayıb”.
Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, məqalədə Rusiya, Türkiyə, Kuba ilə yanaşı Azərbaycanın da adı çəkilib:
“Maduroya sığınacaq üçün ən yaxşı məkan Rusiya və ya Kuba sayıla bilər. İkinci onun üçün daha məqbuldur, həm eyni dildə danışırlar, həm də o adadakı rejimə nefti uzun illər ucuz qiymətə satıb. Buna baxmayaraq, Maduroya sığınacaq vermək, istənilən dövlətə əlavə problemlər yaradacaq. Bu Azərbaycana lazım deyil”.
Lalə, BakuPost
Təbii ki, Prezident D.Trampın və Ağ Evin ən yüksək ehtibarı Bakı hakimiyyətinə olduğu kimi, ən yüksək zəmanətli-ixtisaslı yer kimi də Azərbaycan seçilə bilər.