Venesuela Prezidenti Nikolas Maduro Nobel Sülh Mükafatı laureatı və müxalifətin lideri Mariya Korina Maçado haqqında sərt açıqlama verib.
Bakupost.az xəbər verir ki, “El Universal” qəzetinin məlumatına görə, dövlət başçısı Maçadonu “cadugər” adlandıraraq onun cəmiyyətdə böyük etimad itirdiyini bildirib.
Maduronun sözlərinə görə, “əhalinin 90 faizi La-Sayonadan olan bu cadugəri rədd edir”.
O əlavə edib ki, Venesuela xalqı ölkəyə qarşı istənilən xarici müdaxiləni və ya müharibə təhdidini qəbul etmir.
Prezidentin bu çıxışı ölkədə siyasi gərginliyin artdığı bir vaxtda geniş müzakirələrə səbəb olub.