Ru
10:48 / 07 Yanvar 2026

Maduronu həbs edən komandolar İranla sərhədə göndərildi – HHM sistemləri işə salındı

Maduronu həbs edən komandolar İranla sərhədə göndərildi – HHM sistemləri işə salındı
Eye

İranda gecə saatlarında Əhvaz şəhərində hava hücumu siqnalı və hava hücumundan müdafiə (HHM) sistemləri aktivləşdirilib.

Bakupost.az xəbər verir ki, ilkin ehtimallara əsasən, bu müdafiə manevri çərçivəsində həyata keçirilib.

Eyni zamanda, ölkənin qərb bölgələrində, o cümlədən Piranşəhr Xana, Həmədan və Kirmanşahda da bir sıra HHM sistemlərinin gecə saatlarında işə salındığı bildirilir.

Bu arada ABŞ-nin komandoları İraq-İran sərhədlərinə yerləşdirilib.

Bu qüvvələr Venesuela hökumətinin başçısı Nikolas Maduronun həbs edilməsi əməliyyatını həyata keçirən “Delta” xüsusi təyinatlılarıdır.

Bu hadisələr Donald Trampın son günlər İslam Respublikasına nüvə və raket fəaliyyətinin bərpası, həmçinin etirazçıların öldürülməsi və əzilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etməsindən sonra baş verib.

Bəzi media qurumları ABŞ-nin İrana mümkün hücum üçün qoşunlarını və döyüş təyyarələrini Avropaya köçürdüyü barədə məlumat yayıb. Həmin məlumatlara görə, ABŞ hərbi hava donanmasını Britaniyaya yerləşdirib.

Bu xəbərlərdən sonra “12 günlük müharibə ssenarisi təkrar edilir? İrana yeni hücum gözlənilir?” sualları yaranır.

Son günlər ABŞ-yə məxsus xüsusi əməliyyatlar üçün nəzərdə tutulan nəqliyyat və hücum təyyarələri Britaniyanın Hərbi Hava Qüvvələrinə aid iki bazaya eniş edib. Qeyd olunur ki, oxşar hərbi yerləşdirmə daha əvvəl ABŞ-nin İranın nüvə obyektlərinə zərbələri zamanı da müşahidə olunmuşdu.

Mütəxəssislər bu addımın təlim, qabaqlayıcı hazırlıq, regional eskalasiya ehtimalı və ya İrana təzyiqin artırılması kimi bir neçə ssenari ilə əlaqəli ola biləcəyini istisna etmirlər. Hazırkı mərhələdə rəsmi açıqlama verilməsə də, bölgədə gərginliyin artması ehtimalı diqqətlə izlənilir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar