Kazandan Dağıstana məzuniyyətə gələn xanım çıxılmaz vəziyyətə düşüb.
Bakupost.az xəbər verir ki, o, şəhərin sel sularının altında qalmasını və çarəsiz duruma düşməsini əks etdirən görüntülər paylaşıb və Kazana necə qayıdacağını bilmədiyini deyib.
Qeyd edək ki, Dağıstanda müşahidə olunan intensiv yağışlar irimiqyaslı daşqınlara səbəb olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin bu gün yaydığı məlumata görə, respublikada 1339 yaşayış binası və 90 magistral yol hələ də su altındadır.
Bildirilib ki, 16 müvəqqəti sığınacaq mərkəzinə 246-sı uşaq olmaqla, 591 nəfər yerləşdirilib.
Təcili yardım xidmətləri, axtarış-xilasetmə briqadalarının gecə-gündüz işlədiyi vurğulanır.
Xatırladaq ki, ötən gün Dağıstanda 2000-dən çox yaşayış binası və 180 yol hissəsi su altında idi. Hazırda yağışların azalması ilə bəzi subasmalar da aradan qalxıb.