ABŞ Prezidenti Donald Tramp solğun görünməmək üçün makiyaj etdiyini bildirib.
"Bakupost" xəbər verir ki, bu barədə Tramp Corciya ştatının Dalton şəhərində keçirilən seçki kampaniyası zamanı danışıb.
“Mən çox az makiyajdan istifadə edirəm və özüm çəkirəm. Çünki heç olmasa, bir az makiyaj etməsən, meyit kimi görünürsən. Və mən belə görünmək istəmirəm", - Tramp deyib.
Tramp Corciya ştatından olan demokrat senator Con Ossoffu tənqid edərkən kosmetika mövzusuna toxunub. Ağ Ev rəhbəri iddia edib ki, Ossoff ABŞ Senatı tarixində makiyaja ən çox pul xərcləyən şəxsdir və onu peşəkar makiyaj ustasının xidmətlərindən istifadə etdiyinə görə lağa qoyub.