“Epşteyn faylları” ilə bağlı ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlər Avropanı, xüsusən Fransanı silkələləyib.
Bakupost.az “Le Monde”yə istinadən xəbər verir ki, həmin sənədlərdə Prezidenti Emmanuel Makronun adı bir neçə dəfə çəkilir. Sənədlər xüsusən Makronun 2017 ci ildə prezident seçilməzdən əvvəl və sonra qeyd olunan elektron yazışmaları, müşahidələri əhatə edir.
Yeni açıqlanan sənədlərinə görə, Cefri Epşteyn 2018 ci il tarixli e poçt yazışmasında Makronun müxtəlif məsələlərə dair özündən məsləhət istədiyini iddia edib. Bu yazışmalarda Makronun qərarlarında və siyasətdə yardım istədiyi, eləcə də onun Avropaya və bəlkə də bütün dünyaya liderlik etmək iddiası ilə bağlı qeydlər olduğu bildirilir.
Fransada müxalifət partiyalarındakı siyasətçilərdən rəsmi araşdırma çağırışları gəlməyə başlayıb. Xüsusən qısa müddətdə bu məsələ ilə bağlı Fransa Millət Məclisində xüsusi istintaq komissiyası yaradılması tələb olunub. Siyasi opponentlər Makronun bu əlaqələrini milli təhlükəsizlik və siyasi etik baxımdan müzakirə etmək istəyirlər.
Makronun adının “Epşteyn fayllar”ında çıxması Avropada da ciddi narahatlıq doğurub. Fransanın yaxın müxalifət liderləri bu əlaqənin təkcə etik məsələ deyil, həm də ictimai maraq nöqtəsi olduğunu vurğulayaraq məhkəmə və parlament araşdırmasının vacibliyini qeyd edirlər.
ABŞ Ədliyyə Nazirliyi 30 yanvar 2026 da təxminən 3,5 milyon səhifəlik materialı ictimaiyyətə açıqlayıb. Araşdırmaçı jurnalistlər və beynəlxalq mətbuat bu sənədlərin böyük bir hissəsinin hələ də açıq aydın kontekstdən çıxarılmadan yayımlanmadığını bildirirlər.
Cavid, BakuPost