Ru
17:32 / 26 Sentyabr 2026

Makron növbəti prezident seçkilərində namizəd ola bilər

Makron növbəti prezident seçkilərində namizəd ola bilər
Eye

Fransa Prezidenti Emmanuel Makron 2027-ci ilin mayında prezidentlik müddətinin başa çatacağını təsdiqləyib və gələcəkdə yenidən prezidentliyə namizədliyini istisna etməyib.


"Bakupost" xəbər verir ki, Makron bu barədə ABŞ-nin “Variety” jurnalına müsahibəsində danışıb.
“Açığını deyim, Konstitusiyamıza görə, iki ardıcıl müddətə prezident seçilmək hüququnuz var. Buna görə də gələn ilin mayında müddətimi başa çatdıracağam və Fransa xalqı başqa birini seçəcək”, - Makron qeyd edib.

O, daha sonra gələcəkdə prezidentliyə qayıtma ehtimalı ilə bağlı suala cavabında bunu istisna etməyib.

“Baxarıq. Həyat bəzən gözlənilməz sürprizlərlə doludur, hətta filmlərdən də çox”, - Fransa Prezidenti bildirib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar