İsmayıllı rayonunda son iki gündə mal ətinin pərakəndə satış qiyməti bir manat artaraq 17 manatdan 18 manata yüksəlib.
"Bakupost" Xəzər TV-yə istinadən xəbər verir ki, qəssabların sözlərinə görə, bahalaşma satışa da ciddi təsir göstərib.
Alıcılar da qiymət artımını təsdiqləyirlər. Onların sözlərinə görə, qiymətlərdəki dəyişiklik gündəlik alış-verişə də təsirsiz ötüşmür.
Ət satıcıları bildirirlər ki, bahalaşma fərdi təsərrüfatlardan gətirilən diri heyvanların alış qiymətinin yüksəlməsi ilə bağlıdır. Qəssabların sözlərinə görə, diri heyvanların daha yüksək qiymətə alınması mal ətinin pərakəndə satış qiymətinə də təsir edib.