2014-cü ildə 227 sərnişin və 12 ekipaj üzvü ilə yoxa çıxan Malayzia Hava Yollarına məxsus MH370 reysinin axtarışları daha bir il uzadılıb.
Bakupost.az xəbər verir ki, bunu Malayziyanın nəqliyyat naziri açıqlayıb.
O bildirib ki, təyyarənin qalıqları tapılacağı təqdirdə axtarışları həyata keçirən şirkətə 70 milyon dollar ödəniləcək. Axtarışlar dayandırıldıqdan sonra 2025-ci ilin dekabrında Hind okeanında yenidən bərpa olunmuşdu.
MH370 reysi 2014-cü ildə Malayziyadan Çinə uçarkən havaya qalxdıqdan 38 dəqiqə sonra radardan itib. Təyyarənin ehtimal olunan qəza bölgəsində aparılan axtarışlar aviasiya tarixinin ən bahalı axtarış-xilasetmə əməliyyatlarından biri hesab olunur.
Röya Rizvanzadə, BakuPost