Ru
17:29 / 28 Aprel 2026

Malidə Rusiya əsgərləri öldürüldü – Sayları bilinmir

Malidə Rusiya əsgərləri öldürüldü – Sayları bilinmir
Eye

Rusiya xarici işlər nazirinin müavini Georgiy Borisenko Malidə çevriliş cəhdi zamanı baş verən qarşıdurmalarda Rusiyanın Afrika Korpusunun hədəf alındığını bildirib.

Bakupost.az xəbər verir ki, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin iclasındakı çıxışında Borisenko aprelin 25-də Malidə qarşıdurmaların başladığını söyləyib:

"Malidə "Əl-Qaidə" və Tuareg separatçıları ilə əlaqəsi olan terrorçu qruplar koordinasiyalı hücumlar həyata keçirib. Bu qruplar ölkənin bir çox yerlərində Mali Silahlı Qüvvələri və Afrika Korpusu bölmələrinə hücum ediblər. Nəticədə bizim də itkilərimiz var".

Borisenko bildirib ki, Malinin şimalındakı Kidal şəhəri üsyançılar tərəfindən ələ keçirilib.

Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, üsyançılar Ukrayna və Avropalı muzdlu təlimçilər tərəfindən öyrədiliblər.

Açıqlamada Malinin müdafiə naziri Sadio Camaranın hücum zamanı həyatını itirdiyi, Rusiya Silahlı Qüvvələrinin Afrika Korpusunun Malidə çevriliş cəhdinin qarşısını aldığı qeyd edilib.

Açıqlamada deyilir: "Toqquşmalar zamanı düşmən 2000 nəfəri, 102 avtomobili, 2 bomba yüklü maşını, 152 motosikleti, 7 minaatanını itirib. Afrika Korpusu və Mali Silahlı Qüvvələrinin birlikləri ölkə hökumətinin qərarı ilə Kidal şəhərindəki mövqelərini tərk ediblər. Afrika Korpusuna verilən tapşırıqların icrası davam edir."
Nazirlik döyüşlərdə ölən rus əsgərlərin sayı və kimliyi barədə məlumat verməyib.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar