Fransada yüzlərlə supermarketin soyutma sistemlərini hədəf alan genişmiqyaslı kiber hücum nəticəsində ciddi qida böhranı yaranıb.
“Bakupost” yerli mediaya istinadən xəbər verir ki, gecə saatlarında sistemlərə uzaqdan edilən müdaxilə nəticəsində soyuducuların temperaturu 50 dərəcəyə qədər yüksəlib. Qida təhlükəsizliyini təmin etmək məqsədilə bir çox mağazadakı təzə və dondurulmuş məhsulların hamısı məhv edilib.
"Intermarché", "Carrefour" və "Coopérative U" kimi nəhəng market şəbəkələrindən yüzlərlə mağazanın zərər gördüyü, ümumi zərərin milyonlarla avroya çatacağı bildirilir. Paris Prokurorluğu və Beynəlxalq Kibet Təhlükəsizlik Agentliyi (ANSSI) məsələ ilə bağlı genişmiqyaslı təhqiqata başlayıb.
Bilal,
BakuPost