Ru
15:09 / 14 May 2026

Masallıda “Azərçay” mövsümü: Jurnalistlər məhsul yığımını izlədilər - VİDEO/FOTO

Masallıda “Azərçay” mövsümü: Jurnalistlər məhsul yığımını izlədilər - VİDEO/FOTO
Eye

13 mayda Masallının yaşıllığa bürünmüş çay plantasiyalarında fərqli ab-hava yaşanıb.

Bakupost.az xəbər verir ki, “Azərsun Holdinq”in təşkilatçılığı ilə ölkənin aparıcı media qurumlarının nümayəndələri üçün təşkil olunan mediatur zamanı jurnalistlər plantasiyalarda çay yığımını izləyib, çayın becərilməsi ilə yaxından tanış olublar.

Plantasiyada jurnalistləri “SUN TEA” fabrikinin direktoru Nuriyyə Rəhmanova qarşılayıb. O, bildirib ki, “Azərçay” markası ilə həm yerli bazarda satışa çıxarılan, həm də Avropa ölkələrinə ixrac olunan məhsullar arasında heç bir fərq yoxdur:

“Bu çayın istehsalı zamanı heç bir kimyəvi qatqıdan istifadə edilmir. Çay kollarından ildə 4 dəfə məhsul yığılır. Tam qurudulmuş yarpaqdan qara çay, az qurudulmuş yarpaqdan isə yaşıl çay əldə olunur. Bir çay kolu 100-120 il məhsul verə bilir”.

Onun sözlərinə görə, düzgün becərmə və yığım texnologiyası nəticəsində “Azərçay” dünyanın 40-dan çox ölkəsinə ixrac olunur və dəfələrlə beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülüb.

N.Rəhmanova bu il məhsuldarlıq baxımından ciddi artım gözlənildiyini vurğulayıb:

“Bu il keçən ilə nisbətən 10-12 faiz artım olacaq. İxracla bağlı da ciddi fərq olacağını ümid edirik”.

Röya Rizvanzadə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar