Ru
11:42 / 25 May 2026

Masazırda 500-dən çox ailə evlərini tərk edib – Sakinlər kömək gözləyir - VİDEO

Masazırda 500-dən çox ailə evlərini tərk edib – Sakinlər kömək gözləyir - VİDEO
Eye

Masazırda 500-dən çox ailə yağışların yaratdığı fəsadlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Bakupost.az xəbər verir ki, bu barədə video paylaşan qəsəbə sakininin sözlərinə görə, evləri su altında qalan sakinlər artıq iki aydır kirayələrdə yaşayırlar.

“500-dən çox sakin köçüb, əzab-əziyyətlə kirayələrdə yaşayır. Martın 26-da yağan yağışlardan sonra ərazi bu vəziyyətə düşüb. Həmin vaxt aidiyyəti qurumlar sakinlərin köməyi ilə küçələrdən və həyətlərdən suyu qismən çəkə biliblər. Mayın 17-də yağan güclü yağışlar nəticəsində isə evlərimiz və yollarımız yenidən yağış və kanalizasiya sularının altında qaldı. Hələ də ciddi tədbir görülməyib”.

Sakin həmçinin aidiyyəti qurumlara müraciət edərək kömək istəyib:

“Dövlət qurumlarından xahiş edirik ki, evlərdən çirkab suların çəkilməsi sürətləndirilsin. Əraziyə əlavə nasoslar quraşdırılsın. Sular tam çəkilənə qədər isə bizə kirayə pulu verilsin və ya müvəqqəti yaşayış yeri ilə təmin olunaq”.

Lalə,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar