Ru
11:13 / 24 Avqust 2026

Maşın vuran xalq artistinin son durumu

Maşın vuran xalq artistinin  son durumu
Eye

Avqustun 21-i Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Xalq artisti Şükufə Yusupovanın müalicəsi palata şəraitində davam etdirilir.

"Bakupost" bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onun vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, avqustu 21-i “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu qarşı tərəfə keçərkən piyada keçidində Xalq artisti Şükufə Yusupovanı maşın vurub. O, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar