Ru
15:01 / 03 Avqust 2026

Mayamidə 1 milyona ev aldı

Mayamidə 1 milyona ev aldı
Eye

Rusiyalı müğənni Sergey Lazarev ABŞ-də daşınmaz əmlak alıb.

"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, ifaçı Mayami-Biçdə yerləşən elit yaşayış kompleksində mənzil sahibi olub. Mənzilin dəyərinin komissiya və digər xərclərlə birlikdə 1 milyon dollardan çox olduğu bildirilib.

106,6 kvadratmetrlik mənzil binanın 10-cu mərtəbəsində yerləşir. Mənzildə iki yataq otağı, iki hamam otağı, mətbəxlə birləşdirilmiş qonaq otağı və körfəz mənzərəli eyvan var.

Yaşayış kompleksində üzgüçülük hovuzu, idman zalı, mühafizə xidməti, avtodayanacaq və yaxtalar üçün xüsusi körpülər də fəaliyyət göstərir.

Məlumata görə, alqı-satqı prosesi 2026-cı ilin mart ayında rəsmiləşdirilib. Lazarev mənzili uzun illərdir əməkdaşlıq etdiyi daşınmaz əmlak agentliyi və broker vasitəsilə alıb.

Qeyd edək ki, Sergey Lazarev 2008–2012-ci illərdə aparıcı Lera Kudryavtseva ilə münasibətdə olarkən tez-tez Mayamiyə səfər edir və həmin dövrdə də bölgədə daşınmaz əmlakla maraqlandığı deyilirdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar