Ru
14:51 / 14 May 2026

Mayis Musayev işdən çıxdı

Mayis Musayev işdən çıxdı
Eye

Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin rəhbəri Mayis Musayev vəzifəsindən ayrılıb.

Bakupost.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi kimi strateji və məsuliyyətli bir missiyanın parçası olmaq mənim üçün sadəcə bir iş deyil, böyük bir qürur və şərəf idi. Bu müddət ərzində dövlətə və vətəndaşa xidmət etməyin məsuliyyətini və gözəlliyini dərindən hiss etdim”, - M.Musayev bildirib.

Xatırladaq ki, M.Musayev 2021-ci ildən etibarən bu vəzifəni icra edirdi. O, daha əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi vəzifəsində çalışıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar