Ru
14:12 / 20 İyun 2026

MEDİA-dan mediaya çağırış: Buna ciddi riayət edin!

MEDİA-dan mediaya çağırış: Buna ciddi riayət edin!
Eye

Bəzi media subyektləri öz səhifələrində və sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunmuş 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatları manipulyasiya olunmuş formada təqdim edib.

Bakupost.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

"Media subyektlərini məlumat yayarkən "Media haqqında" qanunun tələblərinə, habelə peşəkar jurnalistika prinsiplərinə ciddi şəkildə riayət etməyə çağırırıq. Xüsusilə statistik məlumatların şərhi zamanı onların mənbəyi, metodologiyası və konteksti düzgün izah edilməlidir. Bir daha xatırladırıq ki, ictimai əhəmiyyət daşıyan mövzuların işıqlandırılması zamanı məsuliyyətli və peşəkar yanaşma media subyektlərinin əsas vəzifələrindən biridir", - məlumatda qeyd olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar