Ru
10:11 / 12 Oktyabr 2026

Mehdiyev Bəşirqızının tamaşasını efirdən niyə çıxartmışdı? - VİDEO

Mehdiyev Bəşirqızının tamaşasını efirdən niyə çıxartmışdı?  - VİDEO
Eye

Speys TV-nin keçmiş vitse-prezidenti Kamil Şahverdi Ramiz Mehdiyevin qadağaları ilə bağlı bəzi faktları açıqlayıb.

"Bakupost" xəbər verir ki, K.Şahverdi bu barədə "Astar" Yutub layihəsinə müsahibəsində danışıb.

O bildirib ki, sabiq PA rəsmisi Əli Həsənov tez-tez kanal rəhbərlərini görüşə dəvət edirdi:

"Ramiz Mehdiyevlə isə ildə bir-iki dəfə görüş olurdu. Hətta elə şeylər olurdu ki, Ramiz Mehdiyev zəng edib efirdən materialı çıxartdırırdı. Məsələn, Afaq Bəşirqızının tamaşını verirdik, Ramiz Mehdiyev zəng edib sildirirdi. Tamaşada olan səhnələr onun xoşuna gəlmirdi. Deyirdi ki, o nədir, özünə bığ qoyub, bu nə biabırçılıqdır? Yəqin evində kiminsə xoşuna gəlməyibmiş. Zəng edirdi ki, bunu dayandırın. Deyirdi ki, ciddi verilişlərlə camaatı yormayın, camaat əylənməlidir. Ona görə də şou verilişlərinin sayını çoxaldırdıq".



Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar