Ru
14:00 / 10 Sentyabr 2026

Məhkəmə sədri yoxa çıxıb

Məhkəmə sədri yoxa çıxıb
Eye

Qazax Rayon Məhkəməsini sədri Nemət Musayev yoxa çıxıb.

"Bakupost" Gununsesi.info–ya istinadla xəbər verir ki, məhkəmə sədrinin adı bir neçə gün əvvəl Vahid Məhkəmə Portalından silinib.

Son üç günə qədər portalda Nemət Musayevin icraatında olan işlərin siyahısı göstərilsə də, ancaq hazırda bu bilgilər görünmür.

Maraqlıdır ki, Nemət Musayevin sədrlikdən kənarlaşdırılması ilə bağlı hər hansı rəsmi qərar açıqlanmayıb.

Xatırladaq ki, Nemət Musayev Prezidentin 6 may 2025-cı il tarixli sərəncamı ilə Qazax Rayon Məhkəməsinin sədri vəzifəsinə təyin olunmuşdu.

Məsələ ilə bağlı Məhkəmə -Hüquq Şurasından Gununsesi.info-nun sorğusuna cavab olaraq, verilən məlumata görə, Nemət Musayev ötən ay təqaüdə göndərilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar