Ru
18:51 / 03 Avqust 2026

Məişət zorakılığı ilə bağlı bu qaydalar yeniləndi

Məişət zorakılığı ilə bağlı bu qaydalar yeniləndi
Eye

"Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları" yenilənib.


"Bakupost" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, "Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları" yeni redaksiyada verilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Məlumat bankının "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Məlumat bankının "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Qərarın 1-ci hissəsi nəzərə alınmaqla, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar