Ru
15:54 / 04 İyun 2026

Meksikada ət yeyən parazit yayıldı: 60 ildi görünmürdü

Meksikada ət yeyən parazit yayıldı: 60 ildi görünmürdü
Eye

Meksika sərhədindən ABŞ-yə keçən təhlükəli parazitə görə 20 kilometrlik ərazidə təcili karantin elan edilib.

Bakupost.az BBC-yə istinadən xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyi son bir ildə Meksikada yayılan parazitin Texas ştatında üç həftəlik buzovda aşkarlandığını açıqlayıb.

Rəsmilər bildiriblər ki, parazit əsasən yoluxmuş heyvanlar vasitəsilə yayılır. Bunun qarşısını almaq üçün hadisənin qeydə alındığı ətrafda 20 kilometrlik müşahidə və karantin zonası yaradılıb.

Eyni zamanda, son 60 ildə heç yerdə görülməyən parazitin yayılmasının qarşısını almaq məqsədilə bölgəyə milyonlarla “qısırlaşdırılmış vida qurdu milçəyi”nin buraxılması planlaşdırılır. Bu həşəratlar həmin parazitlərlə qidalanırlar.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar