Ru
20:01 / 05 Noyabr 2025

Meksikada prezident küçədə təcavüz cəhdi ilə üzləşdi - VİDEO

Meksikada prezident küçədə təcavüz cəhdi ilə üzləşdi - VİDEO
Eye

Meksika prezidenti Klaudiya Şeynbaum küçədə naməlum bir kişinin ona toxunaraq öpməyə cəhd etməsi ilə qarşılaşıb.

Bakupost.az xəbər verir ki, bu barədə The Associated Press (AP) məlumat yayıb.

Hadisə Şeynbaum küçədə vətəndaşlarla söhbət etdiyi zaman baş verib. Onun arxasından yaxınlaşan bir kişi prezidenti qucaqlayıb və öpməyə çalışıb. Şeynbaum sakit şəkildə reaksiya verərək kişinin əllərini üzərindən götürüb, arxaya dönərək ona gülümsəyib. Bu an yaxınlaşan mühafizəçilər həmin şəxsi saxlamağa cəhd ediblər. Videodan göründüyü kimi, kişi spirtli içki təsiri altında olub. Lakin prezident "narahat olmayın" deyərək mühafizəçiləri sakitləşdirib.

Qeyd olunur ki, Klaudiya Şeynbaum tez-tez Meksika sakinləri ilə görüşlər keçirir, onlarla əl sıxır və izdiham içində selfi çəkdirir. Prezident Administrasiyası hadisə ilə bağlı hələlik şərh verməyib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar