Ötən gün 163 nömrəli tam orta ümumtəhsil məktəbinin ehtiyatsızlıq nəticəsində pəncərədən yıxılan 10-cu sinif şagirdi özəl xəstəxanaya yerləşdirilib.
Bakupost.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs (kişi) fevralın 4-ü saat 21:00 radələrində ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.
Xatırladaq ki, almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa və sol dabanın sınıqları diaqnozları təyin edilən pasiyentə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilib, onun vəziyyəti ağır qiymətləndirilib.