Ru
14:53 / 09 İyul 2026

Məktəbli formalarının qiyməti bahalaşacaq?

Məktəbli formalarının qiyməti bahalaşacaq?
Eye

Yeni tədris ilinin başlamasına hələ iki aydan artıq vaxt qalsa da, valideynləri düşündürən əsas məsələlərdən biri məktəbli formalarının qiymətləridir.

Bu il məktəbli formaların qiyməti bahalaşacaq?

"Bakupost" Milli.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı satıcı Günel Salmanova hazırda qiymətlər ötən illə müqayisədə dəyişmədiyini bildirib.

"Ətəklər 15-25 manat, köynəklər 15-20 manat, şalvarlar isə 15-25 manat arasında satılır. Onun sözlərinə görə, hələlik qiymət artımı gözlənilmir və məhsulların dəyəri əsasən keyfiyyətindən, həmçinin Türkiyə də daxil olmaqla xaricdən gətirilməsindən asılıdır".

Mövzuya dair "Bakı Tikiş Evi"ndən bildirilib ki, hazırda istehsal üçün kifayət qədər parça ehtiyatı mövcuddur. Lakin qarşıdakı dövrdə tələbat artarsa və əlavə xammal alınarsa, qiymətlərə yenidən baxılması mümkündür. Satış şöbəsinin müdiri Etibar Əzimov qeyd edib ki, məhsulların qiymətləri hər il istehsal xərcləri nəzərə alınaraq yenilənir.

Təhsil eksperti Elçin Əfəndi isə çoxuşaqlı ailələr üçün məktəbli formalarının alınmasında güzəştlərin tətbiqini məqsədəuyğun hesab edir. O bildirir ki, ailədə oxuyan uşaqların sayını təsdiqləyən sənəd əsasında həmin ailələrə məktəbli formaları daha sərfəli qiymətlə təqdim oluna bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar