Ru
09:11 / 09 Fevral 2026

Məktəblilər arasında bıçaqlanma

Məktəblilər arasında bıçaqlanma
Eye

Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon Kür qəsəbəsində qeydə alınıb.

Belə ki, Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H.Abuzərli şəxsi münasibətlər zəminində 2011-ci il təvəllüdlü (15 yaş) S.Məmmədlini bıçaqlayıb.

Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hər iki şəxs məktəblidir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar