Ru
11:04 / 09 Oktyabr 2026

Məleykə Abbaszadə şöbə müdirini işdən çıxardı - FOTO

Məleykə Abbaszadə şöbə müdirini işdən çıxardı  - FOTO
Eye

Dövlət İmtahan Mərkəzinin (DİM) Maliyyə departamentinin İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsinin müdiri dəyişib.

"Bakupost" bildirir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı DİM sədri Məleykə Abbasova müvafiq əmr imzalayıb.

Belə ki, Elşən Cabbarov İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsinin müdiri vəzifəsindən ayrılıb, onun yerinə isə Vəfa Hüseynova təyin olunub. V.Hüseynova bu təyinata qədər Maliyyə departamentinin Mühasibatlıq sektorunun müdiri – Baş mühasib vəzifəsində çalışıb. Həmin sektorun müdiri – Baş mühasib vəzifəsinə isə Simuzər Umbayeva təyinat alıb.

Qeyd edək ki, E.Cabbarov SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Büdcə və planlaşdırma şöbəsinin rəhbəri təyin edilib.



Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar