Ru
15:09 / 18 May 2026

Məleykə Abbaszadənin təsdiqlədiyi qərar aranı qarışdırdı - Niyə?

Məleykə Abbaszadənin təsdiqlədiyi qərar aranı qarışdırdı  - Niyə?
Eye

Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 17-də keçirdiyi imtahan müzakirələrə səbəb olub. Belə ki, imtahan tarixinin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ilk gününə təsadüf etməsi ciddi tənqidlə qarşılanıb. Forumla əlaqədar yaranan nəqliyyat və təşkilati sıxlıq imtahan iştirakçıları üçün bir sıra çətinliklər yaradıb.

Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Razi Nurullayev məsələyə obyektiv yanaşsaq, DİM-in imtahan tarixlərini hansı səbəbdən məhz bu günə təyin etdiyini demək çətindir deyib.

“Ola bilsin ki, əvvəlcədən təsdiqlənmiş qrafik, təşkilati və ya texniki məhdudiyyətlər bu qərara təsir edib. Bununla belə, Azərbaycanda keçirilən belə genişmiqyaslı və mötəbər beynəlxalq tədbir olan WUF13 ilə eyni günə düşməsi istər-istəməz vətəndaşlar üçün əlavə çətinliklər yaratdı. Bu narahatlıq müəyyən mənada anlaşılandır”.

Deputat qeyd edib ki, bu cür böyük tədbirlərin keçirildiyi günlər əvvəlcədən nəzərə alınmalı və imtahan tarixləri həmin dövrə salınmamalıdır:

“Bu yanaşma daha məqsədəuyğundur. Çünki forum günlərində şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilir, hərəkət məhdudiyyətləri tətbiq olunur ki, bu da imtahana gedənlərin vaxtında müəyyən ünvanlara çatmasını çətinləşdirir. Nəticədə əlavə stress və risklər yaranır. Gələcəkdə bu kimi halların qarşısını almaq üçün dövlət qurumları arasında daha sıx koordinasiya ilə planlaşdırmanın aparılması düzgün və vətəndaş yönümlü yanaşma olardı”.

Qeyd edək ki, DİM-in imtahan tarixləri qurumun rəhbəri Məleykə Abbaszadə tərəfindən açıqlanır və təsdiqlənir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar