Bir neçə həftə əvvəl rayonlardan birində yol kənarında böyürtkən yığan qadınların cərimələndiyi barədə yayılan məlumat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Bundan sonra bir sıra tanınmış simalar mövzuya münasibət bildiriblər.
“Bakupost” xəbər verir ki, aparıcı Səidə Bəkirqızı da məsələ ilə bağlı paylaşım edib.
“Kürün qırağındayam. Deyir ki, moruq yığmaq istəsən, baxmalısan ki, bura meşə massivinə aiddirmi. İndi mən bunu moruqdan necə soruşum? Nə yalan deyim, cərimə 600 manat olandan sonra moruq da dadlı olub”, – deyə aparıcı bildirib.
Səidə Bəkirqızı həmçinin paylaşımına “Məmurlar talayanda olar, biz yeyəndə yox?” qeydini əlavə edib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində meşə fondu sahələrində yabanı meyvə, giləmeyvə və digər məhsulların icazəsiz yığılması inzibati xəta sayılır. Bu halda fiziki şəxslər 400-600 manat məbləğində cərimələnə bilər. Sadəcə yol kənarında böyürtkən yığılması isə öz-özlüyündə cərimə üçün əsas hesab edilmir.
Lalə, BakuPost