Ru
09:57 / 05 Yanvar 2026

“Mən buna inanmıram” – Donald Tramp

“Mən buna inanmıram” – Donald Tramp
Eye

ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Ukraynanın pilotsuz uçuş aparatları ilə (PUA) Rusiya prezidenti Vladimir Putinin iqamətgahına zərbə endirdiyinə dair məlumatlara inanmadığını deyib.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, Tramp bazar günü Floridadan Vaşinqtona uçuş zamanı prezident təyyarəsinin göyərtəsində jurnalistlərin suallarını cavablandırarkən, “Mən bu hücumun baş verdiyinə inanmıram”, – deyib.

Onun sözlərinə görə, hadisə ilə bağlı müəyyən insident qeydə alınıb, lakin bu, iddia edilən hücumla əlaqəli deyil: “Müqayisə ediləcək qədər yaxın ərazidə nəsə baş verib, amma bunun bununla heç bir əlaqəsi yoxdur”, – Tramp vurğulayıb.

Bundan əvvəl Rusiya hakimiyyəti Ukraynanı Novqorod vilayətində Putinin iqamətgahına qarşı pilotsuz uçuş aparatları ilə zərbə endirməyə cəhd etməkdə ittiham edib. Rəsmi məlumata görə, hücumda 91 PUA iştirak edib.

Rusiya Xarici İşlər Nazirliyi baş verənlər fonunda Moskvanın Ukrayna ilə bağlı danışıqlar mövqeyinə yenidən baxacağını açıqlayıb. Eyni zamanda hərbi cavab tədbirlərinin hazırlanması barədə də məlumat yayılıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar