Ru
10:20 / 12 Sentyabr 2026

"Mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi" - Həmidə Ömərova - VİDEO

"Mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi" - Həmidə Ömərova - VİDEO
Eye

Xalq artisti Həmidə Ömərova Azərbaycan Kinematoqrafçılar İttifaqına keçirilən seçki prosesi ilə bağlı narazılığını bildirib.

"Bakupost" xəbər verir ki, “APA TV”yə danışan sənətkarın sözlərinə görə, müstəqil platformanın seçilən nümayəndəsi kimi ona söz veriləcəyini ümid edib, lakin bu belə olmayıb.

“Nəinki mənə, heç mənim adımdan danışmaq istəyən heç kəsə söz verilmədi. Əgər kinematoqrafçıların bir qismi kiminsə namizədliyini irəli sürürlərsə, onu da dinləmək lazım idi. Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi. Bütün bunlara baxmayaraq, mən həmişə Kinematoqrafçılar İttifaqının inkişafına xidmət etmişəm, bundan sonra da edəcəyəm”, - Xalq artisti deyib.

Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədova ötən gün baş tutan konfransda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib. Sədrliyə namizədliyi sürülənlərdən biri də Həmidə Ömərova olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar