Ru
21:30 / 01 Aprel 2026

"Məni dinləyin..." adlı monotamaşa nümayiş olundu - FOTO

"Məni dinləyin..." adlı monotamaşa nümayiş olundu - FOTO
Eye

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin təşkilatçılığı ilə "Məni dinləyin..." adlı monotamaşa nümayiş olunub.

Bakupost.az xəbər verir ki, həssas kateqoriyalı gəncin ifasında hazırlanmış sürrealist üslubdakı monotamaşanın təqdimatında Milli Məclisin üzvləri, mədəni-ictimai xadimlər, kollecin müəllim və tələbə heyəti iştirak ediblər.

Çıxışçılar bu kimi layihələrin vacib təşəbbüs olduğunu və davamlı şəkildə həyata keçirilməsinin vacibliyini bildiriblər.

Qeyd olunub ki, bu cür layihələr həmin şəxslərin istedadlarının üzə çıxarılması, həyata olan inamlarının daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

Çıxışların ardınca tamaşa nümayiş olunub.

Qeyd edək ki, səhnə əsərinin bədii tərtibatında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Dünya yuxutək əriyir" şeirlər toplusundakı nümunələrdən istifadə olunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar