Ru
11:41 / 23 Sentyabr 2026

“Məni sizin dualarınız sağaltdı” – Tacir Şahmalıoğlu - VİDEO

“Məni sizin dualarınız sağaltdı” –  Tacir Şahmalıoğlu - VİDEO
Eye

Bir neçə gün əvvəl öd kisəsindəki problemlə bağlı əməliyyat olunan müğənni Tacir Şahmalıoğlu artıq evə buraxılıb.

“Bakupost” xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşım edərək ona dəstək olan və dua edən hər kəsə təşəkkür edib.

“Gözəl millətimin sonsuz duaları nəticəsində ayağa qalxdım. Buna görə xalqımın qarşısında baş əyirəm. Hər birinizə təşəkkür edirəm. Sizin dualarınız sayəsində sağaldım”, - deyə o bildirib.

Qeyd edək ki, T. Şahmalıoğlu şəkərli diabetdən də əziyyət çəkir. O, xəstəliyi səbəbilə xeyli çəki itirib.

Yasəmən, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar