Mərakeş Kralı VI Məhəmməd Fatimə Əzzəhra Əl-Mənsurini ölkənin baş naziri təyin edib.
"Bakupost" xəbər verir ki, bununla da o, krallıq tarixində bu vəzifəni tutan ilk qadın olub.
Əl-Mənsur kral sarayında qəbul edilib və ona yeni hökumət qurmaq tapşırıldı.
O, daha öncə paytaxt meri və mənzil naziri vəzifələrini tutub.
Bu təyinat ötən həftə keçirilən parlament seçkilərində Əl-Mənsurinin partiyasının qələbəsindən sonra baş tutub.