“Mercedes-Benz” artan istehsal xərcləri və Çin avtomobil istehsalçılarının rəqabəti səbəbilə Almaniyadakı iki zavodunu bağlamağı nəzərdən keçirir.
“Bakupost” xəbər verir ki, şirkət rəhbərliyi “IG Metall” həmkarlar ittifaqı ilə xərclərin azaldılması barədə razılığa gələ bilməyəcəyi təqdirdə bir avtomobil yığma və bir mühərrik zavodunun bağlana biləcəyini açıqlayıb. Zavodların konkret olaraq hansılar olduğu bildirilməyib.
“Mercedes-Benz”in Çində satışlarının ikinci rübdə 30 faiz azaldığı qeyd olunur. Şirkət xüsusilə “BYD”, “Geely”, “GAC” və “Changan” kimi Çin markalarının daha aşağı qiymətli avtomobilləri ilə artan rəqabətlə üzləşir.
Həmkarlar ittifaqı isə zavodların bağlanması ilə bağlı açıqlamalara qarşı çıxaraq iş yerlərinin qorunmasını tələb edib.
Vüsalə Hüseynova,
BakuPost