Ru
13:56 / 19 Oktyabr 2026

“Mercedes”dən yeni güc nümayişi: İnanılmaz model gəlir - FOTO

“Mercedes”dən yeni güc nümayişi: İnanılmaz model gəlir - FOTO
Eye

“Mercedes-AMG” yeni “GT SUV” modelini təqdim edib. Ən güclü versiya 1 169 at gücü hasil edir və 710 kVt-a qədər sürətli şarjı dəstəkləyir.

“Bakupost” xəbər verir ki, model “GT 53”, “GT 55” və “GT 63” olmaqla üç versiyada satışa çıxarılacaq. “GT 53”ün satışları oktyabrın 20-də başlayacaq, digər versiyalar isə 2027-ci ilin yazında təqdim ediləcək.

“GT 63 SUV” 0-dan 100 km/saata 2,5 saniyəyə sürətlənir. 128 kVt/saatlıq batareya ilə modelin yürüş ehtiyatı 700 kilometrə çata bilər. İstehsalçının məlumatına görə, 10 dəqiqəlik şarjla 450 kilometrdən çox məsafə qət etmək mümkündür.

Modelin qiymətləri hələ açıqlanmayıb.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar