Ru
11:24 / 05 İyun 2026

Merilin Monronun şəxsi əşyaları satıldı - QİYMƏT

Merilin Monronun şəxsi əşyaları satıldı - QİYMƏT
Eye

ABŞ-da məşhur aktrisa Merilin Monronun şəxsi əşyaları hərrac vasitəsilə satılıb.

Bakupost.az xəbər verir ki, hərracda aktrisanın geyimləri, qab-qacağı, məktubları və zinət əşyaları ümumilikdə 2,5 milyon dollardan artıq qiymətə alıcı tapıb.

Hərracın ən bahalı lotu "Kristian Dior" markalı kostyum olub. Bu geyim üçün təxminən 450 min dollar ödənilib. Bundan əlavə, auksionda dramaturq Artur Millerin Merilin Monroya ünvanladığı şəxsi məktub 62 min dollara satılıb.

Ticarət zamanı aktrisanın qolbağı, "Faberge" saatı və boz rəngli kaşmir kardiqanı da yeni sahiblərini tapıb. Kino ulduzunun şəxsi telefon kitabçası isə 75 min dollara satılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar