Mərkəzi Afrika Respublikasının paytaxtı Bangidə yanacaq tankerinin aşması nəticəsində azı 20 nəfər ölüb, onlarla insan yaralanıb.
"Bakupost" Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə RFI məlumat yayıb.
"Yanacaq tankeri aşıb, nəticədə ən azı 20 nəfər ölüb və onlarla insan yaralanıb. Yaralananlardan bəzilərinin vəziyyəti ağırdır", - deyə məlumatda bildirilib.
Məlumata görə, yük maşını insanların sıx olduğu yolda aşıb və piyadaları vurub.
Ölənlərin sayının artacağı istisna edilmir.