Ru
11:35 / 29 Avqust 2026

Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı

Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı
Eye

Mərkəzi Bankın (AMB) baş direktoru Vüqar Əhmədov vəzifəsindən ayrılıb.

“Bakupost” APA-ya istinadən xəbər verir ki, o, avqustun 28-dən öz ərizəsi ilə işdən çıxıb.

Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 10-dan 9-a enib.

Qeyd edək ki, V. Əhmədov 2009-cü ildən AMB-də çalışıb. Əvvəlcə Mərkəzi Bankın Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilib. 2010-2013-cü illərdə illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin Tədqiqatlar departamentinin direktor müavini, həmin departamentin direktoru, 2013-2017-ci illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru vəzifəsində işləyib. 2017-ci ilin dekabr ayından isə Mərkəzi Bankın baş direktoru vəzifəsinə çalışıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar