Almaniyada keçirilən son sosioloji sorğunun nəticələrinə əsasən, sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası inamla liderliyə yüksəlib.
“Bakupost” xəbər verir ki, bu barədə RTL və NTV telekanallarının sifarişi ilə “Forsa” tədqiqat xidmətinin keçirdiyi rəy sorğusunun nəticələrində bildirilir.
Nəticələrə əsasən, AfD rəyi soruşulanların 27%-nin rəğbətini qazanıb. İkinci yerdə 20% dəstəklə Xristian-Demokrat və Xristian-Sosial İttifaqı (CDU/CSU) bloku qərarlaşıb. Üçüncü yeri reytinqi 18%-ə yüksələn “Yaşıllar” partiyası tutur. Solçular Partiyası və Almaniya Sosial-Demokrat Partiyasının (SPD) hər birinə isə respondentlərin 12%-i səs verməyə hazır olduğunu bildirib.
Eyni zamanda, ölkə vətəndaşlarının Kansler Fridrix Mertsin fəaliyyətindən narazılığı yeni rekord həddə çatıb. Hökumət rəhbərinin işini müsbət qiymətləndirənlərin nisbəti cəmi 10% təşkil edib ki, bu da “Forsa” tərəfindən indiyədək qeydə alınan ən aşağı göstəricidir. Respondentlərin 88%-i Mertsin fəaliyyətindən narazı olduğunu bildirib, qalanları isə qərar verməkdə çətinlik çəkib.
Sentyabrın 8-dən 14-dək keçirilən sorğuda 2 min 502 nəfər iştirak edib.