Almaniya kansleri Fridrix Merz Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. Tərəflər Ukrayna və Yaxın Şərqdəki vəziyyəti, eləcə də Ermənistanla Azərbaycan arasındakı sülh prosesini müzakirə ediblər.
Merz Ermənistanla Azərbaycan arasında sülh prosesində əlavə addımlar atılmasına çağırış edib və bunun regional sabitlik üçün əhəmiyyətini vurğulayıb.
Görəsən, Almaniya kansleri sülh prosesində əlavə addımlar dedikdə nələri nəzərdə tutub?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov
Bakupost.az-a bildirib ki, sülh prosesində əlavə addımların atılmasını Azərbaycan da gözləyir:
“Həmin əlavə addımlar da bəllidir. Bakı Azərbaycanla Naxçıvan arasında təhlükəsiz əlaqənin yaradılmasını istəyir. Digər tərəfdən, Ermənistanın konstitusiya və digər normativ hüquqi aktlarında yer alan Azərbaycana qarşı ərazi iddiaları götürülməlidir. Hətta keçən ilin avqustunda Vaşinqtonda da bunu Paşinyana ev tapşırığı olaraq tapşırıblar”.
Müsahibimizin sözlərinə görə, Berlinin prosesdə yer alması artıq vəziyyətin dəyişdiyini göstərir:
“Avropa İttifaqında əsas söz sahibləri olan Fransa ilə Almaniya arasında xarici siyasətə aid bölgü var. Yəni bu və ya digər mövzuları onlar öz aralarında bölməklə fəaliyyət göstərirlər. Uzun müddət bu məsələdə Fransa Avropa İttifaqının siyasətini, əslində isə ermənipərəst siyasəti həyata keçirirdi. İndi məsələnin Almaniyaya transfer olunması onu göstərir ki, artıq vəziyyət dəyişməkdədir. Nə dərəcədə dəyişəcəyini isə gözləyək”.
Rüfət Sultan,
BakuPost
BakuPost, Cənab R.Sultan və Cənab Sabiq Nəzirdən də üzr və qəti bildirim ki, 27 dekabr 1992ci il tarixi gnündən Azərbaycandan çox *ermənipərəst* səslənən nə Avropa dövlətləri, nə də digərləri səslənmirlər və dünyada heç bir cəmiyyətin, ya dövlətin, beynəlxalq hüquq və digər nizam təşkilatlarının rəsmən 28 May 1918ci il tarixli Konstitusion və 113,9 min kvadrat kilometr ərazisinə və ona uyğun (Naxçıvan da daxil və Türkiyə ilə də həmsərhəd) Azərbaycana xəritəsi və sərhədləri daxilinə, səmasına belə heç bir irad, iddia hüquqi əsaslı ola bilməz və kəskinliklə rədd edilməli deyilmi? Mən sıravi, ən sadə vətəndaşı kimi 26.12.1991ci il tarixdən SSRİ dövlətinin azad-suveren-müstəqil buraxılmış Azərbaycan Xalq Cümuhürriyyətinin (Demokrat Respublikasının) rəsmən həmin tarixdən mövcud ərazisi və sərhədləri üzrə tanınıb-qəbul edilməsini, həmin hüquq və hüdudlarda BMTnda qeydiini rica edirəm. Azərbaycanın həmin 28 May 1918ci tariixli rəsmən ərazi bütövlüyü hüdudlarının SSRİ buraxılan 26.12.1991ci il tarixindən, eləcə 2 avqust 1992ci il tarixli təkrar səhv qeydinə və qəti iddia ilə ilk növbədə bütün Azərbaycan hakimiyyətlərini yalnız və yalnız Azərbaycan Dövlətinin həmin ilkin 1918 ci il 28 May sərhədlərinin qəti gerçək və gerçək olduğunu qətiyyətlə bəyan iddia etmələrini tələb edirəm. Araşdırılsa bu iddiaya hər Azərbaycan Vətəndaşının hüququ və mənim də mənəvi haqqım da var! SSRİni və əski Rus İmperiyasının müasir mühafizəkarları Azərbaycanın bu bütöv hüququnu hamıdan öncə və dürüstlük naminə daha kəskinliklə müdafiə etməlidir.