Ru
13:14 / 22 Sentyabr 2021

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 512-yə çatdi

994
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”nda iştirak edən işəgötürənlərin sayı artaraq 512-ə çatıb. Onların 268-i dövlət, 244-ü özəl müəssisələrdir.

Nazirlikdən Bakupost.az -a verilən məlumata görə, Vətən müharibəsində yaralanmış qazilərimizin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona işəgötürənlər tərəfindən artıq 2518 vakansiya təqdim edilib.

Vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 736 nəfər (o cümlədən 122 şəhid ailəsi üzvü və 614 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər