Ru
11:33 / 17 Avqust 2026

Məşhur aktrisa 36 yaşında vəfat etdi

Məşhur aktrisa 36 yaşında vəfat etdi
Eye

Hollivud aktrisası Hayden Panettyeri 36 yaşında vəfat edib.

"Bakupost" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə aktrisanın atası açıqlama yayıb. Onun ölüm səbəbi barədə məlumat verilməyib.

Aktrisa “Heroes” serialında Kler Bennet rolundan sonra daha da məşhurlaşıb. Daha sonra aktrisa “Neşvill” serialında Cülyetta Barns obrazını canlandırıb və bu rola görə iki dəfə “Qızıl Qlobus” mükafatına namizəd olub. Aktrisa həmçinin “Scream” franşizasında çəkilib.

2009–2018-ci illərdə Panettiere ukraynalı boksçu Vladimir Kliçko ilə münasibətdə olub. 2014-cü ildə cütlüyün Kaya adlı qızı dünyaya gəlib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar