Ru
20:06 / 19 İyun 2026

Məşhur aktrisa meymun dişləməsindən vəfat edib? - ŞOK DETAL

Məşhur aktrisa meymun dişləməsindən vəfat edib? -  ŞOK DETAL
Eye

Gənc yaşda vəfat edən aktrisa Ece İrtemin ölümü ilə bağlı yeni məqam ortaya çıxıb.


Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, aktrisanın vəkili Uğur Gökkoyun yazılı açıqlamasında Ece İrtemin sol qolunda üç çapıq izi aşkar edildiyini bildirib.

Ailə üzvlərinin sözlərinə görə, aktrisa bir müddət əvvəl Taylanda səfəri zamanı meymun tərəfindən dişlənib.

Vəkilin sözlərinə görə, bu məsələ ilə bağlı mütəxəssislərlə məsləhətləşmələr aparılıb və meymun dişləmələrinin bəzi hallarda sepsis də daxil olmaqla ciddi, hətta ölümcül fəsadlara səbəb ola biləcəyi müəyyən edilib.

Bu səbəbdən prokurorluğa müraciət edilərək yarılma zamanı meymun dişləməsinin mümkün təsirlərinin də araşdırılması xahiş olunub.

Qeyd edək ki, Ece İrtem 15 iyun 2026-cı ildə evində vəfat edib. Onun ölüm səbəbi ilə bağlı araşdırmalar davam edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar