Futbol üzrə aşağı yaş qruplarından ibarət Türkiyə milli komandalarının koordinatoru Samet Aybaba Azərbaycana gəlir.
"Bakupost" xəbər verir ki, bu barədə Azərtac-a mütəxəssis özü məlumat verib.
O, səfərinin Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı olacağını deyib: “İkigünlük Bakıda olacağam”.
Samet Aybaba məşqçilik karyerası ərzində “Beşiktaş” və “Trabzonspor” kimi tanınmış komandalarda çalışıb.
Qeyd edək ki, FİFA U-15 dünya çempionatı və festivalı oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək.